Ötən gün Azərbaycanda keçirilən bələdiyyə seçkisi ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilən məhkumlar səs veriblər.
Oxu.Az xəbər verir ki, bu proses cəzaçəkmə müəssisələrində keçirilib.
Belə ki, bütün digər seçki məntəqələrində olduğu kimi, Penitensiar xidmətin tabe qurumlarında da əlverişli seçki mühiti yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub.
Məhkumlar 13 seçki dairəsindən ibarət 26 məntəqədə səs veriblər.
Səsvermə prosesi müşahidəçilər tərəfindən izlənilib.
Həmin görüntüləri təqdim edirik: