Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı Təşəbbüs Qrupundan mühüm addım: "Bəzi ölkələrin gənclərinə təqaüd veriləcək"
"Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik siyasəti ilə mübarizə aparan ölkələrin gənclərinə təqaüd verəcək".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin Bakıda Birinci Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu ildən etibarən Bakı Təşəbbüs Qrupu bu ölkələrin Azərbaycanda təhsil almaq istəyən gənclərinə təqaüd verəcək.
A.Abbasov əlavə edib ki, eləcə də, Bakı Təşəbbüs Qrupunun COP29 çərçivəsində kolonializm tarixi barədə sərgisi baş tutacaq.
Aqil Vəlili
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- Lorens Rudolf Qonşor: "Biz Azərbaycanın diqqətindən çox məmnunuq"
- Bakıda Fransa kolonializminə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
- Murat Özkale: "Müstəmləkəçilik və onunla mübarizə yolları tədris proqramına əlavə edilməlidir"
- Şakib Benhafri: "Fransa müstələməkəsində olduğu əraziləri özününküləşdirmək istəyir"
- Abbas Abbasov: "Beynəlxalq təşkilatlar və bəzi ölkələr kolonializmlə mübarizəyə dəstək göstərirlər"