Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Meteor havada parçalandı və zəlzələ yaratdı: Nyuyorklular təşviş içində
Ötən axşam Nyu-York və Nyu-Cersi (ABŞ) sakinləri qeyri-adi səma hadisəsinin şahidi olublar. Belə ki, onlar şəhərin üzərindən keçən və arxasında parlaq iz buraxan "od kürəsi" barədə xəbər veriblər. Bildirilib ki, bundan sonra gurultu və yeraltı təkanlar hiss edilib. Hadisə şəhər sakinləri arasında çaxnaşma yaradıb.
Oxu.Az-ın verdiyi məlumata görə, NASA səma cismi barədə xəbəri təsdiqləyib.
Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi meqapolis üzərindən meteorit uçduğunu və parçalandığını bildirib.
"Bu məlumatlara əsasən, biz təxmin edirik ki, meteorit ilk dəfə Yuxarı Nyu-York körfəzi üzərində 79 kilometr hündürlükdə görünüb. Saatda 54 700 kilometr sürətlə şimaldan bir qədər şərqə doğru hərəkət edən səma cismi şaquli xətdən cəmi 18 dərəcəlik kəskin bucaq altında enərək, Azadlıq heykəlinin üzərindən keçib və Manhettenin mərkəzi hissəsinin üzərində 47 kilometr hündürlükdə parçalanıb".
"Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA)" teqi üzrə xəbərlər
- NASA-nın azərbaycanlı alimi: "Fəaliyyətim başa çatdıqdan sonra geri dönməyi düşünürəm"
- Uranın sirləri: Yeni məlumatlar planetdə balıqlarla dolu okeanların ola biləcəyini göstərdi
- NASA astronavtının kosmik stansiyadan qayıtdıqdan sonra halı pisləşdi
- Yad planetdə həyat "ovu": "Europa Clipper" Avropanın buzlu dərinliklərinə göndərildi
- Ayda saat neçədir? - Yerin təbii peykində vaxt qurşağı qurulacaq