Azərbaycan, Rusiya və İran arasında üçtərəfli qarşılıqlı fəaliyyət Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfov ilə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasinin görüşündə müzakirə edilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya XİN məlumat yayıb.
“Azərbaycan-Rusiya-İran üçtərəfli formatda qarşılıqlı fəaliyyətin problematikası, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin bir sıra aktual məsələləri müzakirə edilib”, - məlumatda deyilir.