Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir
Bakıda COP29-a beynəlxalq ictimai dəstək üçün "Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi" adlı Beynəlxalq Gənclər Forumu keçirilir.
"Report" xəbər verir ki, dörd gün davam edəcək tədbir Azərbaycan Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, "Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə baş tutur.
Forumda Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstanı (ümumilikdə 18 ölkəni) təmsil edən 24 gənc lider, gənclərlə işləyən QHT rəhbərləri, eləcə də Azərbaycanın 60-dan artıq gənclər təşkilatı rəhbərləri və hökumət strukturu nümayəndələri, ekspertlər iştirak edirlər.
Onların 4 gün müddətində qlobal ətraf-mühit, iqlim dəyişikliyi problemləri və onunla mübarizə, ekokönüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələri təşkil etməsi nəzərdə tutulur.
"COP29" teqi üzrə xəbərlər
- Tahir Gözel Fransada BMT-nin Okean Konfransında iştirak edib
- Azərbaycan qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətə yön verir
- Yalçın Rəfiyev Bonn görüşləri barədə ən son məlumatları açıqladı
- Bonn görüşlərinin əhəmiyyəti: Planetin gələcəyi barədə kritik müzakirə
- Bonn danışıqlarının mərkəzində Azərbaycanın COP təcrübəsi dayanır