Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda konfrans keçirilib - YENİLƏNİB+FOTO
Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ), Bakı Təşəbbüs Qrupu (BTQ) və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) birgə təşkilatçılığı ilə “Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Oxu.Az xəbər verir ki, konfransda Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilikləri, parlamentarilər, vətəndaş cəmiyyəti mənsubları, gənclər təşkilatları və akademik dairələrdən olan 100-dən çox nümayəndə iştirak edib.
Tədbirin açılış mərasimimdə QHPŞ-nin Azərbaycan sədrliyi adından Milli Məclisinin Aparat rəhbərinin müavini Rüstəm Mahmudov, BTQ-nin icraçı direktoru Abbas Abbasov və QHGT-nin Baş Katibi Leyla Həsənova çıxış edib.
Natiqlər dekolonizasiya prosesinin gedişatı, neokolonializm tendensiyalarının vüsət alması və onunla mübarizə, müstəmləkə irsinin aradan qaldırılması, Qoşulmama Hərəkatının bu proseslərdə müsbət rolu və kollektiv səylərin əhəmiyyətinə vurğu edib.
Daha sonra konfrans panel müzakirələri formatında davam edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçirilmiş “Müstəmləkəçilik mirası və müasir kontekstdə dekolonizasiya siyasəti” adlanan ilk paneldə millət vəkili Tural Gəncəliyev, Meksikanın ölkəmizdəki keçmiş səfiri Xuan Rodriqo Labardini, Yeni Kaledoniyanın Rəssamlar Assosiasiyasının prezidenti Aleks Loi Ui Toura və Fransız Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Bris Noel Epailli panelist qismində çıxış edib.
QHGT-nin heyət üzvü Teresa Ornelasın moderatorluğu ilə keçirilmiş “Nəsillərarası davamlılığın yetişdirilməsi: dekolonizasiya və post-müstəmləkə cəmiyyətlərinin formalaşdırılmasında gənclərin rolu” mövzusundakı ikinci panel müzakirələrdə Cibuti Respublikasının Milli Assambleyasının üzvü və Cibuti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri İlaya İsmayıl Ceuedi, Yeni Kaledoniyanın Populyar Nəşrlər Assosiasiyasının prezidenti Brenda Hantip Uanabe, Fransız Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Edel Tadal və Konqo Respublikasınından İqneys Urçil Loko Uako Mouamboua iştirak edib.
İştirakçılar tərəfindən bir sıra xalqların onilliklər boyunca apardığı mübarizəyə baxmayaraq, onlara qarşı hələ də ədalətsizliyin davam etməsi və müstəmləkəçilik irsinin mənfi təsirləri ətrafında müzakirələr aparılıb.
Tədbirdə müstəmləkəçilik tarixinə nəzər salınıb və XXI əsrdə neokolonializm tendensiyalarının baş qaldırması ilə bağlı təəssüf ifadə edilib.
Kolonializm tarixinin ən yadda qalan siması olaraq Fransanın hələ də 13 dənizaşırı ərazidə müstəmləkəçilik siyasətini davam etdirməsi, beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymaması və ikili standartlar nümayiş etdirərək beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozması pislənilib.
Konfrans iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində ötən dövr ərzində bu mövzuya xüsusi diqqət ayırmasını təqdir edib.
Tədbirdə, həmçinin müstəmləkəçilik tarixi olmuş, hal-hazırda ondan əziyyət çəkən ölkə və xalqların mübarizəsini və üzləşdiyi çətinlikləri işıqlandıran, habelə bu xüsusda xarici mütəxəssislərin müsahibələrini əks etdirən qısa video çarx nümayiş etdirilib.
13:19
Bu gün Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT), Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər” mövzusunda tədbir keçirilib.
“Report”un xəbərinə görə, tədbirin açılış mərasimi Azərbaycan Milli Məclisinin Aparat rəhbərinin müavini Rüstəm Mahmudovun nitqi ilə başlayıb. Ardınca, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxış edib.
Açılış mərasimi QHGT-nin baş katibi Leyla Həsənovanın nitqi ilə yekunlaşıb.
Tədbir panel müzakirələr formatında davam edib. “Müstəmləkəçiliyin mirası və müasir kontekstdə dekolonizasiya siyasəti” mövzusunda keçirilən müzakirədə deputat Tural Gəncəliyev, Meksikanın Azərbaycandakı sabiq səfiri və ADA Universitetinin professoru Juan Rodrigo Labardini, Yeni Kaledoniyanın Rəssamlar Assosiasiyasının prezidenti Alex Loic Oue Toura və Fransa Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Brice Noel Epailly panelist qismində çıxış ediblər.
“Nəsillərarası davamlılığın yetişdirilməsi: dekolonizasiya və post-müstəmləkə cəmiyyətlərinin formalaşdırılmasında gənclərin rolu” mövzusuna həsr olunmuş ikinci müzakirənin panelində Cibuti Respublikasının Milli Assambleyasının üzvü və Cibuti parlamentində Cibuti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Ilaya Ismael Geuedi, Yeni Kaledoniyanın “Populyar Nəşrlər” Assosiasiyasının prezidenti xanım Brenda Hanthipe Wanabe, Fransa Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Edel Thadal, ADA Universitetinin tələbəsi Ignace Urchil Loko Uako Mbouamboua iştirak ediblər.
Tədbir bağlanış mərasimi ilə sona çatıb. QHGT-nin baş katibi Leyla Həsənova bağlanış mərasimində tədbirdə iştirak edən ekspertlər və qonaqlara təşəkkürünü ifadə edib.
09:38
Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir.
“Report” xəbər verir ki, tədbir Qoşulmama Hərəkatının (QHH) Parlament Şəbəkəsi, Bakı Təşəbbüs Qrupu, eləcə də Qoşulmama Hərəkatının Gənclər Təşkilatı tərəfindən təşkil olunub.
Konfransın əsas məqsədi bu qlobal problemin həlli üçün platforma yaratmaqdır.
"ADA Universiteti" teqi üzrə xəbərlər
- Ali təhsil sisteminə 7 yeni ixtisas əlavə olunub - Bəs kadr hazırlığı necə gedir?
- Hikmət Hacıyev NATO nümayəndələrini Azərbaycanın təhlükəsizlik siyasəti barədə məlumatlandırıb
- Fuat Oktay: "Bizim güclərimizi birləşdirməyimizə ehtiyac var"
- Əli Əhmədov: "Azərbaycanın müstəqillik əldə etməsi Türkiyə üçün də mühüm hadisə idi"
- İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib