Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilir - FOTO
Bakıda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Gömrük-Biznes Forumu 2023” keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov iştirak edirlər.
Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələrinin, aparıcı media qurumlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi forum ulu öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin 1997-ci il 30 yanvar tarixində keçirilmiş yubiley tədbirində söylədiyi proqram xarakterli nitqindən hazırlanmış videoçarxın nümayişi ilə başlayıb.
Aysel Aslan
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Artur Rasi-zadəyə "Heydər Əliyev" ordenini təqdim edib
- Ki-Uestin sirr pərdəsini açarkən və ya Heydər Əliyevin ustad dərsi - Caliber.az-da tarixə ekskurs
- Heydər Əliyev 20 Yanvar faciəsinin günahkarlarını necə ifşa etdi? - Azadlığa gedən yol
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- 20 Yanvar faciəsindən 35 il keçir