Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda MDB-yə üzv ölkələrin Könüllü Təşkilatlarının Forumu başlayıb
Bakıda dekabrın 13-də MDB-yə üzv ölkələrin Könüllü Təşkilatlarının Forumu başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir dekabrın 20-dək davam edəcək.
Forum Azərbaycanın Gənclər və İdman Nazirliyi və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunur.
Tədbirin məqsədi ideyaların mübadiləsi, könüllülük bacarıqlarının inkişafı və sosial məsələlərin birgə həlli üçün müxtəlif ölkələrdən olan gəncləri birləşdirən dinamik platforma yaratmaqdır.
Forumun işində MDB-nin səkkiz ölkəsindən təxminən 100 gənc iştirak edəcək.
Tədbir çərçivəsində panel sessiyaları, dəyirmi masalar, müzakirə platformaları keçiriləcək və burada "Könüllülük və dayanıqlı inkişaf məqsədləri", "Qlobal çağırışlar və yerli həllər", "Gələcək nəsillər üçün planetin qorunması" və digər mövzular müzakirə olunacaq.
Forumun işinin nəticəsi əldə edilmiş səriştələr və biliklər, həmçinin könüllülük hərəkatı sahəsinin təkmilləşdirilməsi və dəstəklənməsi üzrə işlənmiş həllər olacaq.
"Gənclər və İdman Nazirliyi" teqi üzrə xəbərlər
- İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi
- Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan "siması"
- Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi olub
- Tural Piriyev: "Mingəçevir"lə ASTA arasındakı müqavilə Azərbaycan futboluna böyük xeyir verəcək"