Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Mayın 8-də Bakıda Türkiyə və İsrail nümayəndələri arasında birbaşa danışıqlar keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin 11-ci kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bu danışıqlar xüsusilə hər iki ölkənin maraqlarının kəsişdiyi Suriyadakı vəziyyət kontekstində regional təhlükəsizlik məsələlərini müzakirə etmək məqsədi daşıyır.
Qeyd olunur ki, danışıqlar çərçivəsində İsrail Suriya ilə sərhədə yaxın ərazilərin demilitarizasiyasını və onun təhlükəsizliyini təhdid edən strateji silahların yerləşdirilməsini istisna etməyi tələb edəcək.
Xatırladaq ki, aprelin əvvəlində Azərbaycanda Türkiyə və İsrail rəsmiləri arasında texniki görüş keçirilib və Suriyada mümkün hərbi toqquşmaların qarşısının alınması tədbirləri müzakirə edilib.
"Türkiyə-İsrail münasibətləri" teqi üzrə xəbərlər
- Türkiyə və İsrail BARIŞACAQ? - Azərbaycanın prosesə təsirinin əhəmiyyəti
- İsrailli sabiq deputat: "Türkiyə ilə aramızda körpü rolunu oynayacaq yeganə ölkə Azərbaycandır"
- Professor Aygün Attar Prezident İlham Əliyevin Türkiyə mesajlarını şərh etdi
- İlham Əliyev: "Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib"
- Fidan İsrailin Türkiyənin NATO-dan çıxarılması çağırışına münasibət bildirib