Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Baş nazir Dünya Bankının vitse-prezidenti ilə COP29 məsələlərini müzakirə edib
Azərbaycanın Baş naziri Əli Əsədov martın 7-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib. Ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.
Baş nazir Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın təmin edilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Eyni zamanda Azərbaycanın yaşıl enerjiyə keçid strategiyası, həyata keçirilən enerji səmərəliliyi və bərpaolunan enerji layihələri, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə verdiyi töhfəsi haqqında söhbət açılıb.
Görüşdə Azərbaycanla Dünya Bankı arasında bir çox istiqamətlərdə tərəfdaşlığın perspektivləri, əməkdaşlıq gündəliyində duran prioritet layihələrin icrası, Dünya Bankının yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib
- Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub
- Hər altı almandan ancaq biri vətənin müdafiəsinə hazırdır...
- Abbas Abbasov: "Fransa hökuməti BTQ əleyhinə riyakar verilişlər sifariş edir"
- Prinsipial mövqe və qətiyyət: Azərbaycan Şimali Kiprə bir daha dəstək verdi