Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Baş nazir Əli Əsədov N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində olub
Moskvaya işgüzar səfəri çərçivəsində Baş nazir Əli Əsədov və MDB-yə üzv ölkələrin digər nümayəndə heyətlərinin rəhbərləri N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin kampusunda olublar.
Oxu.Az xəbər verir ki, burada hökumət başçılarına MDB ölkələrindən Moskva universitetlərində təhsil alan tələbələrin birgə mühəndis layihələrinin təqdimatı keçirilib.
Azərbaycanlı tələbə Vüsal Məhərrəmovun da daxil olduğu qrup "Xəzərin orbiti" layihəsini təqdim edib. Bu layihənin məqsədi Xəzərin ekoloji problemlərinin kosmik monitorinq texnologiyalarının işlənməsidir.
Baş nazir Əli Əsədov azərbaycanlı tələbənin daxil olduğu qrupun təqdimatını yüksək qiymətləndirib və Vüsal Məhərrəmova təhsilində uğurlar arzulayıb.
"Moskva" teqi üzrə xəbərlər
- Putin: "Rusiya Ukrayna üzrə danışıqlar masasına qayıtmağa hazırdır"
- Qorbaçovun nəvələrinin lüks həyatları: Rok, "Zelensky" arağının satışı, Ukraynaya pul köçürmələri...
- Moskvada dəhşət: Küçənin ortasında taksi sürücüsünə atəş açan şəxs qaçdı – ANBAAN GÖRÜNTÜLƏR
- Moskvada qəribə hadisə: Kişi maşınını almaqdan imtina edən şəxsi OĞURLADI
- Moskvadakı partlayışda ERMƏNİ İZİ