Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Baş prokuror Qubad İbadoğlu və Nazim Bəydəmirli haqqında danışdı
“Hər hansısa bir dövlətin Azərbaycanın daxili işlərinə, o cümlədən istintaq hərəkətlərinə əvvəlcədən müdaxilə etməsi yolverilməzdir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri partiya sədri Qubad İbadoğlu, keçmiş millət vəkili Nazim Bəydəmirli və ictimai fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı beynəlxalq təşkilatların müraciətləri ilə əlaqədar sualı cavablandırarkən Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, sözügedən işlərin hər birində konkret faktlardan və sübutlardan istifadə edilib:
“Hər bir şəxs qanunla nəzərdə tutulmuş prosedurlara uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilir. Bu işlərin hər birində biz konkret faktlardan və sübutlardan istifadə edirik ki, prokurorluq orqanları üçün də əsas məsələ budur. Beynəlxalq təşkilatlara gəlincə, hesab edirəm ki, hər hansısa bir dövlətin Azərbaycanın daxili işlərinə, o cümlədən istintaq hərəkətlərinə əvvəlcədən müdaxilə etməsi yolverilməzdir. Bu, həm siyasi, həm hüquqi baxımdan səhv addımdır”.
"Kamran Əliyev" teqi üzrə xəbərlər
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib
- Dövlət və hökumət rəsmiləri bələdiyyə seçkisində səs veriblər
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ
- Ötən il nöqsanlara görə neçə prokurorluq əməkdaşı orqandan xaric edilib?