Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Başqasına quyu qazma" - Əks-proseslər Makronun Yelisey sarayında məskunlaşmasından sonra başladı
"Prezident İlham Əliyev 2020-ci ildə Vətən müharibəsində qazanılan zəfərdən sonra ilk dəfə olaraq Fransanın necə ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən birinə çevrilməsi haqqında Azərbaycan cəmiyyətinə əvvəllər məlum olmayan məqamlar barədə danışdı".
Bu sözlər "Caliber"in "YouTube" kanalında yayımlanan növbəti videosüjetində qeyd olunur.
Müəllif vurğulayır ki, hələ ümummilli lider Heydər Əliyevin idarəetməsi zamanında Fransada erməni diasporu, eyni zamanda, onlardan qidalanan yerli siyasətçilər kifayət qədər güclü idilər və onların Parisin mövqeyinə təsiri barədə iddialar əsassız deyildi:
"Lakin o zaman Fransa lideri azərbaycanlı həmkarını əmin etmişdi ki, Qarabağ məsələsində Yelisey sarayı özünü belə təsirlərdən qoruyacaq və həmsədr üçün lazım olan obyektivliyi qoruyub-saxlamağa çalışacaq. Həqiqətən də, hazırkı lider Emmanuel Makronun bütün sələfləri dövründə Fransa rəhbərliyinin hərəkətləri İlham Əliyevin müharibədən sonrakı çıxışlarında vurğuladığı balansla seçilirdi. Prezident hətta xatırlatdı ki, 2015-ci ilin aprelində qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı İrəvana səfər edən prezident Fransua Olland oradan birbaşa Bakıya uçaraq bir neçə gün ev sahibinin geri qayıtmasını gözləmiş, bununla da Azərbaycana hörmətini və Qarabağ məsələsində qərəzsizliyini nümayiş etdirmişdi".
Müəllif vurğulayır ki, hadisələrin bütün əks axarı hazırkı Prezident Emmanuel Makronun Yelisey sarayında məskunlaşmasından sonra başlayıb.
Daha ətraflı "Caliber"in növbəti süjetində:
"Fransa" teqi üzrə xəbərlər
- Fransada solçular yenidən Makronun impiçmenti prosedurunu başladıblar
- Fransa vətəndaşı: "Bu sammit qeyri-ciddi ziyarətlərin yeri deyil"
- Ermənistan Parisin Tehran ilə gizli əlaqə kanalı kimi - Fransa xəyanətinin təfərrüatı
- KİV: "Fransa və Böyük Britaniya Rusiyanın daxilinə zərbə endirməyə icazə verdi"
- Yuxunun keyfiyyətini necə yaxşılaşdırmaq olar? - Fransalı alimlərdən qeyri-adi üsul