Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Belaruslu milli qəhrəmanımızın anasına hədiyyə və yardım çatdırılıb
Azərbaycanın Baş naziri Əli Əsədov Belarusa rəsmi səfəri çərçivəsində bu ölkədə yaşayan belarusəsilli milli qəhrəmanımız Anatoli Davidoviçin anası Kima Andreyevanın yaşayışı və səhhəti ilə maraqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetin məlumat yayıb.
Azərbaycanın Ali rəhbərliyi adından hədiyyələr və yardım milli qəhrəmanın anasına çatdırılıb.
Kima Andreyeva Azərbaycan xalqına, dövlətinə, Ali rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Anatoli Davidoviç 1965-ci ildə Belorusiya SSR-in Slutsk şəhərində doğulub. 1992-ci ilin iyununadək SSRİ, sonra Rusiya Silahlı Qüvvələrində xidmət edib. Mayor rütbəsinədək yüksələn Anatoli 1992-ci ilin iyunundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. O, "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi olub. Dərin biliyə malik olan belorusiyalı zabit Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsinə böyük töhfələr verib, topçu mütəxəssislər hazırlanmasında özünün bilik və təcrübəsini əsirgəməyib.
1992-ci il iyunun 9-da, Ağdam istiqamətində gedən ağır döyüşlərdə başından yaralanıb. Həkimlərin səylərinə baxmayaraq 1992-ci il iyunun 13-də Bakı Şəhər Mərkəzi Hospitalında dünyasını dəyişir. Onun qəbri Belarus Respublikasının Slutsk şəhərindədir.
Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə mayor Anatoli Nikolayeviç Davidoviçə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
- Əmək miqrasiyası kvotasının müəyyən edilməsi qaydasında dəyişiklik edilib
- Dərman vasitələrinin dövlət reyestri "Elektron hökumət" portalına qoşulacaq
- Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib
- Prezident iki publik hüquqi şəxsi ləğv etdi