Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hər birindən bir nümayəndə daxil edilməklə, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VIIQ nömrəli Qanununa əsasən müvafiq komissiyalar yaradılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Komissiyaların üzvlərini təsdiq etmək üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini beş gün müddətində Ədliyyə Nazirliyinə təqdim etməlidir.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Baş nazir dövlət rüsumu ilə bağlı qərarı təsdiqlədi
- Türkiyənin vitse-prezidenti Azərbaycan baş nazirinə məktub ünvanlayıb
- AMEA-nın Naxçıvan bölməsi Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb
- Baş nazirdən dövlət agentliyində maaşlarla bağlı QƏRAR
- "Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları" təsdiqlənib