Beynəlxalq Hakimlər Assosiasiyası Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimovu və Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayevi təltif edib.
Oxu. Az-ın məlumatına görə, Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ - International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər" mövzusunda keçirilən beynəlxalq konfransda Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti onlara xüsusi hazırlanmış medalları təqdim edib.

Samir Əli