Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Birləşmiş Ştatların vitse-prezidenti: "ABŞ və Rusiya Ukrayna ilə bağlı şokedici saziş bağlayacaqlar"](https://images.oxu.az/2025/02/14/j8xfySYu32rNZ0FBbiz9qyS498dEwzJ1pfah7DSP:1200.jpg)
Birləşmiş Ştatların vitse-prezidenti: "ABŞ və Rusiya Ukrayna ilə bağlı şokedici saziş bağlayacaqlar"
"Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqlar bir çox insanı şoka salacaq sazişin bağlanmasına gətirib çıxaracaq".
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Vens "The Wall Street Journal" qəzetinə müsahibəsində deyib.
"Fikrimcə, iki ölkə arasında (ABŞ-Rusiya) bir çox insanı şoka salacaq saziş bağlanacaq" , - deyə o vurğulayıb.
Qeyd edək ki, vitse-prezident bu bəyanatı onun Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşü ərəfəsində səsləndirib.
Birləşmiş Ştatların vitse-prezidenti: "ABŞ və Rusiya Ukrayna ilə bağlı şokedici saziş bağlayacaqlar"
![](https://img.youtube.com/vi/FxPWq3xgiOc/sddefault.jpg)
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar