"Ümummilli lider Heydər Əliyevin əvvəldən gördüyü işlərin nəticəsi olaraq Qarabağ işğaldan azad olunub".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.
O bildirib ki, ümummilli lider Heydər Əliyev uzaqgörənliyə sahib olan lider idi:
"Həmişə Azərbaycan ilə Türkiyə qardaşlığını "Bir millət, iki dövlət" adlandıran Heydər Əliyev bizə birliyi, bərabərliyi, qardaşlığı öyrədib. Biz Heydər Əliyevi hər zaman sevgi və hörmətlə anırıq".
Birol Akgün: "Ümummilli lider Heydər Əliyev uzaqgörənliyə sahib olan lider idi"
Aygün Mirakif