Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

BMT-də BTQ-nin təşkilatçılığı ilə dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə aprelin 15-də Nyu-York şəhərində yerləşən BMT-nin mənzil-qərargahında "Dekolonizasiya: Sakit inqilab" adlı beynəlxalq konfrans keçiriləcək.
Oxu.Az xəbər verir ki, tədbirdə müstəmləkəçilik irsinin iqtisadi, siyasi və sosial sahələrdə yaratdığı dərin təsirlər, habelə müstəmləkə siyasətinin fəsadlarından əziyyət çəkən yerli xalqların siyasi və iqtisadi müstəqilliyə nail olmaq yolundakı səyləri və bu prosesdə üzləşdikləri əsas maneələr ətraflı şəkildə müzakirə olunacaq.
Konfransda Dənizaşırı ərazilərdə - Qvadelup, Martinik, Yeni Kaledoniya, Sen-Martin, Reyunyon, Boneyra, Aruba, Fransız Polineziyası, Fransız Qvianasında fəaliyyət göstərən milli müqavimət hərəkatlarının rəhbərləri və üzvləri, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təmsilçiləri, insan haqları müdafiəçiləri, siyasətçilər, dekolonizasiya üzrə ekspertlər, o cümlədən Fransanın keçmiş müstəmləkələrindən olan nümayəndələr iştirak edəcəklər.
Eyni zamanda Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlərin yerli xalqların öz müqəddəratını təyinetmə və ərazilərin dekolonizasiya hüququnu məhdudlaşdırması əsas müzakirə mövzusu olacaq.
BTQ nümayəndə heyəti səfər çərçivəsində həmçinin BMT-nin Afrikaəsilli Şəxslərin Daimi Forumunun illik sessiyasında (PFPAD) da iştirak edəcək.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- "GlobE" Şəbəkəsinin Bakıda altıncı plenar iclası başa çatıb
- Heydər Məmmədov: "İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurumlarının görüşünə ev sahibliyi edəcəyik"
- Nazim Rəcəbov: "GlobE" Şəbəkəsi korrupsiyaya qarşı mübarizədə vacib platformadır"
- TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb
- Baş katib: "Qısa müddət ərzində biz məsləhətçi platformadan nəticəyönümlü bir təşkilata keçid etdik"