Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Boçorişvili: "Gürcüstan Ermənistan və Azərbaycanın həmişə güvənə biləcəyi ölkədir"
"Gürcüstan üçün dinc və təhlükəsiz Cənubi Qafqaz ən vacib prioritetdir".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində bildirib.
"Regionumuz böyük potensiala malikdir. Və bu potensialdan tam istifadə etmək üçün regionumuzda həqiqətən davamlı və uzunmüddətli sülhə ehtiyacımız var. Buna görə də biz Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq. Mən həqiqətən hesab edirəm ki, bu, böyük nailiyyətdir", - xarici işlər naziri qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan hər iki ölkə ilə möhkəm və mehriban qonşuluq münasibətlərinə malikdir.
"Azərbaycanla bizi onilliklər boyunca dostluğa və çox yaxşı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq bağlayır. Bu, regionda malik olduğumuz çox vacib aktivdir. Ermənistanla da ənənəvi olaraq çox yaxşı münasibətlərimiz var. Bu münasibətlər son vaxtlar strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da Gürcüstanın indiki vəziyyətdə malik olduğu çox vacib aktivdir.
Biz regionumuzda sülh və sabitliyin möhkəmləndirilməsində səmimi şəkildə maraqlıyıq. Məhz buna görə də həmişə deyirik ki, həm Ermənistan, həm də Azərbaycan regionumuzda dialoqa kömək etmək üçün bütün mümkün vasitələri təqdim etməyə hazır olan Gürcüstana güvənə bilər", - o əlavə edib.
"Cənubi Qafqaz" teqi üzrə xəbərlər
- Lavrov "3+3" formatında növbəti görüşlərin Bakı və İrəvanda keçirilməsini təklif edib
- Hikmət Hacıyev İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
- Prezidentin köməkçisi: "Həqiqətən, regionda sülh var, sabitlik var"
- Hikmət Hacıyev: "Bakı və İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı addımlar atılır"
- Terror üzərində möhtəşəm qələbə - "Kaspi"nin TƏHLİLİ