Bolqarıstan xarici işlər naziri Daniel Mitov Azərbaycana rəsmi səfərə gəlir.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumat əsasən, səfər mayın 14-dək davam edəcək.
Səfər çərçivəsində D. Mitovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.