1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilə.
Oxu.Az xəbər verir ki, Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir.
1812-ci ildə Napaleonun Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır.
Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü ilin 12 noyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur.
Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.
Xatırladaq ki, ermənilər hər il Azərbaycan tarixinə qara hərflərlə yazılmış bu günü bayram edirlər.
Belə ki, armtoday.info saytının məlumatına görə, bu il Moskvada, Mərkəzi Ədəbiyyatçılar Evində Gülüstan müqaviləsinin 200 illiyinə həsr olunmuş konsert keçiriləcək.
Konsertin təşkilatçısı Rusiya Ermənilər İttifaqıdır. Konsertə hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət edəcəklər, REİ-nin nümayəndəsi Levon Mukanyan bildirib.