Biz Azərbaycana böyük önəm veririk və buradakı fəaliyyətimizlə çox qürur duyuruq. Bu illər ərzində biz regionda əhəmiyyətli layihələr həyata keçirmişik.
Oxu.Az xəbər verir ki, AzərTAc-ın məlumatına görə, bu sözləri BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrell İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
Onun sözlərinə görə, “BP şirkəti Azərbaycan hökuməti qarşısında götürdüyü öhdəliklərə sadiqdir və həmin öhdəlikləri yerinə yetirmək üçün səylərini əsirgəməyəcək”.
“Layihələrimizə və əməliyyatlarımıza verdiyiniz əvəzsiz dəstəyə görə Sizə şəxsən təşəkkür etmək istəyirəm. Biz Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirir, bu məhsuldar və etibarlı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvarıq”- deyə o bildirib.