Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
BQXK-nın koordinatoru: "Qalıqları tapılan şəxslərin kəllə sümüyü dişlərinə kimi çəkilir"
"Zaman-zaman biz itkin düşən şəxslərin ekshumasiya prosesində müşahidə apararkən jurnalistlərin, fotoreportyorların aşkar edilən insan sümüklərini çox yaxın rakursdan çəkib mətbuatda dərc etdirdiklərinin şahidi oluruq. Amma unutmamalıyıq, o şəxslərin yaxınları, doğmaları bu görüntülərdən ağır mənəvi zərbə alır".
Oxu.Az xəbər verir ki, bu sözləri media nümayəndələri ilə görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) məhkəmə-tibbi ekspertiza məsələləri üzrə regional koordinatoru Uyum Vehit deyib.
Uyum Vehit bildirib ki, məsələ təkcə doğmaları itkin düşən şəxslərin yaşadıqları hisslər də deyil:
"Bəzən qalıqları tapılan şəxslərin kəllə sümüyü dişlərinə qədər çəkilir və ictimailəşdirilir. Peşəkar media bu məqamları mütləq nəzərə almalıdır. Bu həm də orada aşkar edilən döyüşçünün, şəhidin ruhuna ehtiramsızlıq kimi qiymətləndirilə bilər".
Qızıl Xaçın nümayəndəsi əlavə edib ki, komitə birbaşa ekshumasiya prosesində iştirak etməsə də, vəfat etmiş şəxslərin cəsədləri ilə düzgün iş aparılması, kimliklərinin müəyyən edilməsi, həmən şəxslərin ailələrinə yardım kimi məsələlərdə qazandığı beynəlxalq praktikanı yerli mütəxəssislərlə bölüşür, tövsiyələrini verir.
Şəhriyar Səmədov
"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)" teqi üzrə xəbərlər
- BQXK əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına növbəti dəfə baş çəkiblər
- Qızıl Xaçın məktubları necə yazılır? - "Saxlayan tərəfin senzura tətbiq etmək hüququ var"
- BQXK rəsmisi: "Biz BMT-yə tabe deyilik"
- BQXK Bakıda həbsdə olan Qarabağ separatçılarına baş çəkib
- Bakıda yüksəksəviyyəli seminar keçirilir