Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

BTQ dənizaşırı ərazilərdə iqtisadi azadlığın necə boğulması haqqında hesabat hazırlayıb
Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən hazırlanan "Oğurlanmış firavanlıq: Müstəmləkəçilik dənizaşırı ərazilərdə iqtisadi azadlığı necə boğub" hesabatı təqdim edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov təşkilatın 14 Dekabr - Dekolonizasiya Gününə həsr edilmiş 2024-cü il üzrə hesabatının təqdimatında deyib.
O qeyd edib ki, 2024-cü ildə təqdim edilən hesabatda müstəmləkəçilər tərəfindən həmin ərazilərdə meşələrin qırılması, təbiətə dəyən ziyan və orada iqtisadi inkişafın ləngidilməsi əks olunub:
"Hesabatın məqsədi mövzuya dair məlumatlılığı artırmaq, müzakirələrə start vermək və beynəlxalq ictimaiyyəti bu problemlərin həlli istiqamətində birgə fəaliyyətə təşviq etməkdir".
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- Bakı Təşəbbüs Qrupunun rəhbərliyi ilə xarici media nümayəndələri arasında görüş olub
- Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlərin ilk dəfə Azərbaycana səfəri başlayıb
- Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin Dəmir Yumruğunu özünə rəmz seçib
- BTQ-nin icraçı direktoru: "Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik"
- Ayxan Hacızadə: "Fransa XİN başçısının anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edirik"