Bakı Təşəbbüs Qrupunun rəmzi hədiyyəsi Fransa həbsxanasında saxlanılan kanakların liderinə təqdim edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, martda BTQ-nin Bakıda təşkil etdiyi "Kolonializm: dini-milli kimliyin kimliyin silinməsi" mövzusunda beynəlxalq konfransın iştirakçıları, müstəqillik uğrunda mübarizə aparan kanakların lideri, siyasi məhbus Kristian Teinin qardaşı Desire Teinə üzərində K.Teinin fotoşəkili əks olunmuş və konfrans iştirakçılarının üzərinə öz imzalarını atdığı köynək təqdim ediblər.
Bu rəmzi hədiyyənin Fransa həbsxanasında saxlanılan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sədrinə çatdırılması xahiş olunub.
Bu günlərdə həmin köynək Fransanın Muluz şəhərində həbsxanada K.Teinin həyat yoldaşı Olqa Teinə təqdim edilib.
Çıxışında siyasi məhbusun qardaşı D.Tein Azərbaycanda iştirak etdikləri tədbir haqda məlumat verərək bildirib ki, beynəlxalq ictimaiyyətin bu problemdən, xüsusilə də məhbusların vəziyyətindən xəbərdar olması, problemin mahiyyətini anlaması baxımından Azərbaycanın təşkil etdiyi tədbir möhtəşəm idi.
"BTQ bizi ilk mərhələdən dəstəkləyir. Bu köynəyi də bizə BTQ-nin icraçı direktoru təqdim etdi ki, onu Kristiana çatdıraq", - deyən D.Tein üzərində Fransanın əsarəti altında olan ərazilərin nümayəndələrinin imzaları olan köynəyi hamıya nümayiş etdirərək FLNKS liderinin həyat yoldaşına təqdim edib.
