Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cəbrayılda daha 49 ailəyə evlərin açarları təqdim olunub
Növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan 49 ailəyə evlərinin açarları təqdim olunub.
"Report" xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Beləliklə, Cəbrayıl şəhərinə köçürülən ailələrin ümumi sayı 287-yə ( 1 169 nəfər) çatıb.
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.
"Report" xəbər verir ki, bu mərhələdə şəhərə 49 ailə - 253 nəfər köçürülüb.
Beləliklə, Cəbrayıl şəhərinə köçürülən ailələrin ümumi sayı 287-yə ( 1 169 nəfər) çatıb.
Bakıdan Cəbrayıl şəhərinə növbəti köç karvanı yola düşüb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə ümumilikdə 49 ailə - 253 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Bakı şəhərindən 23 ailə (122 nəfər), Biləsuvar rayonundan 17 ailə (84 nəfər), Abşeron rayonundan dörd ailə (21 nəfər), Şəki rayonundan iki ailə (10 nəfər), Sumqayıt şəhərindən bir ailə (altı nəfər), Saatlı rayonundan bir ailə (beş nəfər), Beyləqan rayonundan bir ailə (beş nəfər) olmaqla ümumilikdə 49 ailə - 253 nəfər Cəbrayıl şəhərinə köçürülür.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan bərpa-quruculuq layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Cəbrayıl sakini: "Olmazın çətinliklərini çəkdik, amma o günlər geridə qaldı"
- Keçmiş məcburi köçkün: "Cəbrayıl bizim üçün həssas nöqtədir"
- Şuşaya köçürülən sakinlərə mənzillərinin açarları təqdim edilib
- Vüqar Məmmədov: "Şuşaya çatan kimi birinci şəhidlərimizin məzarını ziyarət edəcəyəm"
- Şuşa sakini: "Biz Cıdır düzündə gözləyəndə xəbər gəldi ki, vertolyotu Kərkicahan üzərində vurublar"