Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu il BQXK itkin düşmüş 996 şəxsin ailəsi ilə əlaqə saxlayıb - VİDEO
Bu ilin yanvar-iyun ayı ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə ilə bağlı 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verilib.
Qeyd olunub ki, həmin müddətdə 24 başçəkmə (11 saxlanma məntəqəsində) məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün həyata keçirilib. Eyni zamanda 13 Qızıl Xaç Məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.
Bundan başqa, 1500 xəbərdarlıq nişanı minalanmış əraziləri işarələmək üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) ianə edilib.
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)" teqi üzrə xəbərlər
- ANAMA Xocalıya köçən sakinlərə təlim keçib
- Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- ANAMA sədri: "Vətən müharibəsindən sonra 170 000 hektardan artıq ərazi minalardan təmizlənib" - ÖZƏL
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb