"Media xalqların kimliyinin, tarixinin və hüquqlarının qorunmasında mühüm rol oynayır".
Oxu.Az xəbər verir ki, bunu Kanada Siqh Federasiyasının sədri Bual Moninder Sinqh "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, azsaylı xalqlarının səsi beynəlxalq informasiya məkanında çox vaxt kölgədə qalır:
"Yerli media insan hüquqları pozuntularını sənədləşdirən, tarixi yaddaşı qoruyan və diqqətdən kənarda qalan məsələləri gündəmə gətirən mühüm platformadır. Dekolonizasiya xalqların öz tarixini və həqiqətlərini özlərinin danışmaq hüququnun bərpasıdır. Jurnalistlərə qarşı təhdidlər, onlayn təzyiqlər, dezinformasiya kampaniyaları, xarici müdaxilələr artıq qlobal problemə çevrilib və beynəlxalq əməkdaşlıq tələb edir. Dekolonizasiya ilk növbədə xalqların öz tarixini və həqiqətlərini özlərinin danışmaq hüququnun bərpası deməkdir".