Dünyanın ən hündür göydələni olan Dubaydakı "Bürc-Xəlifə" Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğu "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Hal-hazırda Dubay şəhərində dünyanın ən hündür göydələni olan "Bürc-Xəlifə" Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb", - paylaşımda bildirilib.

Qaynar xətt:
(055) 224 12 12