Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, sakinlərə açarlar təqdim olunub.
Oxu.Az-a bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu mərhələdə Xocalı şəhərinə 136 nəfərdən ibarət 25 ailə qayıdıb.
Xocalıya çatan ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri qarşılayıblar.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl rayonu Horovlu kəndi bu gün 47 ailə olmaqla 189 nəfərə qucaq açıb.
Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub və öz doğma yurduna qovuşaraq yaradılan gözəlliyi seyr ediblər.
Noyabrın 21-də Bakı şəhərindən Cəbrayıl rayonunun Horovlu kəndinə və Xocalı şəhərinə növbəti köç karvanı yola düşüb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 47 ailə (189 nəfər), Xocalı şəhərinə isə 25 ailə (136 nəfər) köçürülür.
Daha çox foto burada: PhotoStock.az
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az xəbər verir ki, noyabrın 21-də Bakı şəhərindən Cəbrayıl rayonunun Horovlu kəndinə və Xocalı şəhərinə növbəti köç karvanı yola salınır.
Cəbrayıl rayonunun Horovlu kəndinə və Xocalı şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 47 ailə (189 nəfər), Xocalı şəhərinə isə 25 ailə (136 nəfər) köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Rövşən Əsədov