Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Cəbrayıl şəhərinin və doqquz kəndin azad olunmasından üç il ötdü - SİYAHI + FOTO
Oktyabrın 4-ü 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini işğaldan azad etməsinin üçüncü ildönümüdür.
Oxu.Az xatırladır ki, 2020-ci ilin bu günü, Vətən müharibəsi davam edən dövrdə Ali Baş Komandan Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və Cəbrayıl rayonuna daxil olan doqquz kəndin işğaldan azad olunduğunu elan etmişdi.
Bu kəndlər Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl və Karxulu kəndləridir.
Həmçinin, müharibənin səkkizinci günündə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Vətən müharibəsi iştirakçısı sertifikasiyada maksimum bal toplayıb
- Azad olunmuş yeddi rayonda su təsərrüfatı layihələrinin sənədləşdirilməsi aparılır
- Laçında və Qubadlıda irihəcmli su anbarlarının tikintisinə başlanılacaq
- Cəbrayılda 32 ildən sonra "Son zəng" çalınıb
- Azərbaycan Türkiyə ilə Qarabağda tingçilik mərkəz tikir