Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclasının vaxtı məlum olub
Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasının vaxtı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, diplomatik mənbənin "Report"a verdiyi məlumata görə, görüşlər aprelin 4-də baş tutacaq.
Xatırladaq ki, SGC Məşvərət Şurasının 10-cu Nazirlər Toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının 2-ci Nazirlər Toplantısı 2024-cü il martın 1-də keçirilib.
Qeyd edək ki, SGC Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri 2015-ci ildən bəri hər il fevral ayında keçirilirdi, ötən il ilk dəfə bu tədbirlər mart ayında baş tutdu.
SGC layihəsinə "Şahdəniz-2" layihəsi, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu Qaz Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisi daxildir. Layihənin ümumi dəyəri 33 milyard ABŞ dolları təşkil edir.
Azərbaycan qazının Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə Avropaya ixrac 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr, 2023-cü ildə təxminən 12 milyard kubmetr, 2024-cü ildə isə 12,9 milyard kubmetr təşkil edib.
Hazırda Azərbaycan qazı 12 ölkəyə tədarük edilir.
"Cənubi Qafqaz" teqi üzrə xəbərlər
- Ermənistanda rusiyalı hərbçi ölüb: 102 saylı baza bağlana bilər
- Paşinyan qondarma erməni soyqırımından imtina edir? - "Ermənistan konstitusiyası dəyişə bilər"
- Ermənistan Qərbin geosiyasi girovuna çevrilir?
- AİŞ 2020-2024: İqtisadi irəliləyişlər və yaşıl üfüqlər
- Ermənistan təxribatların miqyasını artırır: Hərbi-siyasi sabotajlar nədən xəbər verir?