Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ceyhun Bayramov: "ATƏT-ə üzv ölkələrin daha çevik addımlar atmasını təşviq edirik"
"Azərbaycan 30 il ərzində aqressiya, işğal, ərazi bütövlüyünün pozulması kimi problemlərlə üzləşmişdi. Ona görə də biz bu istiqamətlərdə ATƏT-ə üzv ölkələrin daha çevik addımlar atmasını təşviq edirik".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.
Nazir əlavə edib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə regionda yeni status-kvo yaranıb:
"Bununla da Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra artıq münaqişə səhifəsini bağlayıb, sülh qurmaq təşəbbüsü ilə çıxış edib".
Mərahim Nəsib
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi: Növbəti AZAL-ın təyyarəsi ola bilər
- Azərbaycan və Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə ediblər
- Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
- Ceyhun Bayramov: "Diplomatiyanın əsas məqsədlərindən biri də vasitəçilikdir"
- Ceyhun Bayramov: "2020-ci ildən partlayışların hamısı mina xəritəsi təqdim edilməyən yerlərdə olub"