Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ceyhun Bayramov: "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır"
"Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsası 1999-cu ildə qoyulub. 2016-cı ildə verilən mandata əsasən, 2017-ci ildən yeni hərtərəfli saziş əsasında danışıqlara başlanılıb".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də Bakıda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, son illər bu məsələdə durğunluq müşahidə olunurdu, amma indi sazişdən irəli gələn öhdəlikləri intensivləşdirmək üçün qarşılıqlı razılaşma əldə edildi:
"Aİ-nin regionla və Mərkəzi Asiya ilə bağlı mövqeyini də nəzərə alaraq hesab edirik ki, saziş faydalı ola bilər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2024-cü ildə bizim ticarət dövriyyəmiz 20 milyard dollar təşkil edib".


Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov və pakistanlı həmkarı Məhəmməd İshaq Dar ikitərəfli münasibətləri müzakirə ediblər
- ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi: Növbəti AZAL-ın təyyarəsi ola bilər
- Azərbaycan və Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə ediblər
- Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
- Ceyhun Bayramov: "Diplomatiyanın əsas məqsədlərindən biri də vasitəçilikdir"