Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisində xalça sərgisinin açılışında iştirak edib - FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-nin Cenevrədəki Ofisində azərbaycanlı rəssam Faiq Əhmədin əsərlərindən ibarət xalça sərgisinin açılışında iştirak edib.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Sərginin açılışına BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya, Cenevrə şəhərində mövcud beynəlxalq təşkilatların rəsmiləri, xarici ölkələrin səfirləri qatılıblar.
Tədbirdə açılış nitqi ilə çıxış edən BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya sözügedən sərginin Azərbaycanın zəngin mədəniyyətinin, xalçaçılıq sənətinin daha yaxından tanıdılması imkanı yaratdığını diqqətə çatdırıb.
Ekspozisiyası çox sayda əsər və instalyasiyalardan, rəssamın yaradıcılığında mühüm yer tutan xalçalardan ibarət sərgi 12 gün ərzində BMT ofisinin ziyarətçilərinə açıq olacaq.
"BMT" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması BMT Baş katibi və qurumun rəsmilərinə məktublar ünvanlayıb
- İcma sədri: "Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir"
- BMT: "Azərbaycanda inflyasiya azalacaq"
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB