Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ceyhun Bayramov: "Ermənistan təxribatları onun üçün yaxşı heç nə vəd etmir"
"Ermənistan təxribatları onun üçün yaxşı heç nə vəd etmir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Baku TV"yə iyulun 20-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Kəlbəcəri atəşə tutmasını şərh edərkən deyib.
"Hesab edirəm ki, bu, qəbuledilməzdir. Son aylar ərzində iki ölkə arasında sərhəddə stabil vəziyyəti müşahidə edirdik. Normallaşma istiqamətində işlər aparılır. Aprel ayından başlayaraq delimitasiya ilə bağlı müsbət nəticələr görürük. Əgər Ermənistan tərəfi normallaşma, sülh sazişi üzərində irəliləmək istəyirsə, təxribatlardan çəkinməlidir. Azərbaycan Silahlı Qüvvələri bütün sərhəd boyu tam üstünlüyə malikdir", - nazir söyləyib.

"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə görüşüb
- Avropa İttifaqının Azərbaycana minatəmizləmə sahəsindəki dəstəyi davam edəcək
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını Kaya Kallasın diqqətinə çatdırdı
- XİN başçısı: "Ötən il Bakı-Tbilisi-Qarsın ötürücülüyü bir milyon tondan beş milyona çatdırılıb"
- Ceyhun Bayramov: "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır"