Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ceyhun Bayramov: "Ermənistanla dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir"
"Azərbaycanla Ermənistan arasında birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir".
Oxu.Az-ın məlumatına görə, bunu "TRT World" telekanalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, bu gün Ermənistan da daxil olmaqla hər kəs Qarabağın de-yure və de-fakto Azərbaycana məxsus olduğunu qəbul edir, hətta açıq şəkildə elan edir:
"Bu o deməkdir ki, açıq qalan Qarabağ məsələsi yoxdur. Belə olan təqdirdə ortaya sual çıxır ki, Ermənistan niyə hələ də Minsk qrupunu saxlamaqda israr edir? Bilmirəm, bəlkə bu, gələcəklə bağlı planla əlaqəlidir? Əks təqdirdə, biz əsaslı məntiqli bir izah və səbəb görmürük".
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan və London hərbi attaşe təyin etmək niyyətindədirlər
- Gürcüstanın İrəvandakı səfirliyində etiraz aksiyası: Binaya gedən yol bağlandı
- Erməni deputat: "Varlıların uşaqları hərbi xidmətdən yayınmaq üçün xarici ölkə vətəndaşlığı alırlar"
- Ermənistan Baş Prokurorluğu Koçaryanın qanunsuz əmlakının müsadirəsini tələb edir
- Ermənistanda Azərbaycana qarşı terror aktlarının həyata keçirilməsi üçün intensiv hazırlıq gedir