Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya ikitərəfli əlaqələri, regional platformalar çərçivəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar müzakirə olunub.
C.Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Bununla yanaşı, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların proses çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Ermənistanın ATƏT-in strukturları ilə bağlı mövqeyi sülhə maneələrdən biridir"
- Emənistanın davam edən saxtakarlığı: Dəyişməyən konstitusiya, pozulan atəşkəs
- Ceyhun Bayramov britaniyalı həmkarı ilə sülh prosesinin son durumunu müzakirə edib
- Azərbaycan XİN müsəlman ölkələrinin səfirləri üçün iftar verdi
- Son söz yenə də Azərbaycanındır: İrəvan isə tələsir