Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ilə görüş keçirib.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, tərəflər strateji xarakter daşıyan ikitərəfli münasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.
İki ölkə arasında iqtisadi, təhlükəsizlik, turizm, təhsil, ticarət, yüksək texnologiyalar və digər sahələrdə dərin əməkdaşlıq əlaqələrinin qurulduğu məmnunluq hissi ilə qeyd olunub və bu xüsusda, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın uğurlu fəaliyyəti təqdir edilib. Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, habelə Səfirliyinin təsis edilməsinin ikitərəfli əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən həyata keçirilən hərbi-siyasi təxribatlar barədə qarşı tərəfə ətraflı məlumat verib və bu təxribatlara cavab olaraq qanunsuz Erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən anti-terror əməliyyatının əsas məqsədinin bölgədə sülh və sabitliyin bərqərar olması, qanunsuz qüvvələrin tərksilah edilməsi və qondarma rejimin buraxılması olduğunu diqqətə çatdırıb.
İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
22:03
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İsrailin xarici işlər naziri Eli Koenlə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini və çoxtərəfli gündəm məsələləri, regional təhlükəsizlik vəziyyəti və Ermənistanın hərbi təxribatlarını müzakirə ediblər.
FM @Bayramov_Jeyhun met with @EliCoh1, FM of State of #Israel, on the sidelines of the 78th Session of #UNGA.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 20, 2023
The sides discussed deepening bilateral cooperation and issues of multilateral agenda, regional security situation and Armenian military provocations. pic.twitter.com/K3ZZLtyeTa