Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri münasibətilə qarşılanma bannerləri yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bannerlərdən biri paytaxtın hava limanında quraşdırılıb.
Banner üzərində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın fotoları, həmçinin "Hörmətli cənab İlham Əliyevi, Azərbaycan Respublikasının Prezidentini Özbəkistan torpağında böyük məmnuniyyətlə salamlayırıq!" sözləri yer alıb.
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Qaynar xətt:
(055) 224 12 12