Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

David İşxanyandan Birinci Qarabağ müharibəsində Serj Sarqsyanın roluna dair AÇIQLAMA
Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçılarının suallarını cavablandırarkən qondarma rejimin "ordu"sunun idarə olunmasının "özünümüdafiə komitəsi" tərəfindən həyata keçirildiyini bildirib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, o qeyd edib: "Rəhbərlər Serj Sarqsyan və Samvel Babayan idi. Amma idarəetmə mexanizmi ilə bağlı bir şey deyə bilmərəm".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çox sayda cinayəti törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.
"Bakı Hərbi Məhkəməsi" teqi üzrə xəbərlər
- MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət edib
- Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsirlərə işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
- Zərərçəkmiş: "Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar"
- Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasını göstərən videomaterial nümayiş etdirilib
- Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə veriblər