"Türkiyə müstəqil dövlətdir və təhlükəsizliyini də özü təmin edir".
Oxu.Az xəbər verir ki, bunu İstanbul valisi Davut Gül 15 iyul media proqramı çərçivəsində Valilikdə təşkil olunan tədbirdə xarici jurnalistin "FETÖ-nün dövlət çevrilişinə cəhdində o dövrdə ABŞ-də hakimiyyətdə olan Obama Administrasiyasının rolu varmı?" sualına cavab olaraq bildirib.
Vali qeyd edib ki, o, dövlət məmurudur, digər ölkələrin fəaliyyətini tənqid etmək siyasətçilərin işidir:
"Bizim öz yolumuz var, fərqli ölkələrin dəstəyi ilə inkişaf yolu izləyə bilmərik".
Mərahim Nəsib