Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanda erməni dili fakültəsi açılması məqsədə uyğun sayıb.
SalamNews-un məlumatına görə, o bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edir.
Qonşu dövlətin Azərbaycan ərazilərinin bir hissəsini hələ də işğalda saxlayır və müharibə hələ bitməyib.
Onun sözlərinə görə, müharibə və gərgin mübarizə təkcə cəbhə xəttində deyil, həmçinin ideoloji və təbliğat cəbhəsində də gedir. Ermənistan beynəlxalq aləmdə daima Azərbaycanla, Dağlıq Qarabağla bağlı dezinformasiya yaymaqda davam edir. Ancaq onun əsil siması rus, ingilis və digər xarici dillərdə gedən informasiyada deyil, erməni dilində çıxan informasiya vasitələrində, arxiv materiallarında, adi Ermənistan vətəndaşlarının mətbuatdakı çıxışlarında bilinir:
“Ermənistandakı millətçi hərakatın hətta torpaqlarımız işğaldan azad edildikdən və bundan sonra iki dövlət arasında diplomatik əlaqələr yaradıldıqdan sonra da davam edəcəyini isə birmənalı şəkildə gözləmək olar. Bu baxımdan Azərbaycan universitetlərində erməni dili fakültələrinin açılması məqsədə uyğun olardı. Burada tək erməni dili və ədəbiyyatı deyil, onun tarixçilərinin dili ilə tarixi, erməni millətçilik ideologiyasının əsasları, iqtisadi çoğrafiyası, siyasi proseslərin gedişi də dərindən öyərnilə bilərdi. Fakültəni ermənistanşünaslıq fakültəsi də adlandırmaq olar. Bu fakültəyə qəbulu birbaşa aparmayıb, ikinci kursdan digər universitetlərin filologiya, tarix, politologiya, iqtisadiyyat ixtasaslarından maraqlı olanlardan da təşkil etmək olar. Məzunların işlə təminatında asanlıq üşün onlara ikinci bir ixtisas da vermək mümkündür. Bu siyasət tərkibində erməni dili üzrə magistratura və doktoranturada ixtisaslar da açmaq olardı. Bakı və digər şərələrdə erməni dili üzrə ixtisaslaşan litseylər də fəaliyyət göstərə bilər”.
Məlumat üçün bildirək ki, 2012-ci ildə Yervan Dövlət Universitetində “qafqazşünaslıq” ixtisası açılmış və ora ilk 50 tələbə qəbul edilib. Onlar azərbaycan və gürcü dillərini öyərnəcəklər. Həmçinin ötən il qonşu dövlətin paytaxtında “Azərbaycan dili” dərsliyinin təqdimatı da keçirilib.
www.salamnews.org
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin