İyunun 12-dən 13-nə keçən gecə Azərbaycanın Cəlilabad rayonunun Astanlı kəndində toy törədilmiş qətllə vaya çevrildi.
Bu barədə Vesti.Az-a Cəlilabad rayonunun Polis İdarəsindən məlumat veriblər.
Təxminən gecə saat 00:30 radələrində, toyun qızğın vaxtında rəqs meydançasında qohumlar, 1974-cü il təvəllüdlü Məmmədov Fuad Yavər oğlu və 1978-ci il təvəllüdlü Məmmədov İlkin Şakir oğlu arasında münaqişə yaranıb. Həddən artıq çox spirtli içki qəbul etmiş qonaqlar boş bir şey üstündə mübahisə ediblər. Onlardan hər biri musiqiçilərə öz mahnısını sifariş verib və rəqs meydançasından çıxmaq istəməyib. Məmmədovların əmioğlu olmalarına baxmayaraq, onlar bir-birinə güzəştə getmək istəməyiblər.
Bundan sonra Fuad Məmmədov İlkini toyxanadan təxminən 150 metr aralıya aparıb. F.Məmədov özü ilə böyük mətbəx bıçağı götürüb. Münaqişə zamanı o, qohumuna bıçaqla deşici xəsarət yetirib. İlkin Məmmədov xəstəxanaya aparılarkən yolda keçinib.
Bildirilir ki, Fuad Məmmədov qətli doğma qardaşının, özündən yaşca kiçik Faiq Məmmədovun toyunda törədib. Polislər qeyd ediblər ki, Məmmədovların ailəsində 11 qardaş var. İlkin Məmmədovun taleyi isə doğulduğu 20 yanvar günü kimi faciəli başa çatıb.
Faktla bağlı araşdırma davam edir.
www.vesti.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin