"Bu gün Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənir. Bu baxımdan Türkiyə ilə İsrailin Suriya barədə məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir. Son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq İsraillə münasibətlərin təməlini zamanında qoyaraq uğurla inkişaf etdirdi".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu baxımdan hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə, həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir:
"Burada ən önəmli məsələlərdən biri də Azərbaycanın türk respublikaları ilə əlaqələrinə verdiyi önəmdir. Azərbaycan bu prosesin irəli aparmasında əsas lokomotiv rollardan birini oynayır. Azərbaycan Şimali Kipr Respublikasının türk dövlətlərinə inteqrasiyası, Türk Dövlətləri Təşkilatı çərçivəsində məşvərətçi status almasında mühüm rol oynayıb. Bu prosesdə təbii ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət çox böyük rol oynayır".
Mərahim Nəsib