"ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya gəlib".
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Vladimir Putinin Stiven Uitkoffla görüşü baş tutarsa, Kreml bu barədə məlumat verəcək.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya yollanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Görüşün bu gün, 11 aprel tarixində baş tuta biləcəyi vurğulanıb. İddiaya görə, bu, Putin və Uitkoff arasında üçüncü şəxsi görüş olacaq.
"Flightradar" izləmə xidməti Uitkoffun təyyarəsinin artıq Sankt-Peterburqda eniş etdiyini bildirib.