Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputatdan Ali Attestasiya Komissiyasına İTTİHAM
“Saxta dissertasiya işləri ilə bağlı bizə xeyli müraciətlər daxil olur”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Etibar Əliyev deyib.
O bildirib ki, Azərbaycanda dissertasiya işi işgəncə prosesinə bənzəyir.
Deputatın sözlərinə görə, Ali Attestasiya Komissiyasında xeyli dissertasiya işi var, ancaq onlar yığılıb qalıb və rəy verilməsi gecikir.
“Ali Attestasiya Komissiyası nifaq yuvasına çevrilib. Azərbaycanda təsdiq olunan dissertasiya işləri isə nə Avropaya, nə də ABŞ-a göndərilir. Onlar hamısı postsovet məkanına göndərilir”, - deyə deputat əlavə edib.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
- COP29-la bağlı təxribat planları: Fransa Bakıdakı tədbirə niyə qarşı çıxır?
- Azərbaycanda boşananlara BƏD XƏBƏR: Aliment ARTIRILIR
- Nazir: "Məşğulluq məsələsi heç vaxt bitməyəcək"
Ən çox oxunanlar