Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Millət vəkilindən antiterror əməliyyatı AÇIQLAMASI
“Ötən gün Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən açılan atəşlə Azərbaycan əsgəri şəhid olub. İrəvan məcburiyyətdən başqa yol buraxmır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov deyib. O daha sonra bildirib:
“Ermənistan Vətən müharibəsində kapitulyasiya aktına imza atmağa məcbur edildi. Ermənistan indi elə siyasət yürüdür ki, deyəsən yekun sülh sazişinə də “Dəmir yumruq”la imza atacaq”.
B.Məhərrəmov əlavə edib ki, Qarabağdakı qanunsuz erməni silahlıları ya sülhməramlıların nəzarətində olan ərazilərdən çıxmalı, ya da könüllü təslim olmalıdırlar.
“Əks təqdirdə antiterror əməliyyatları keçirilə bilər və proses belə davam edəcəyi təqdirdə keçirilməlidir”, - deyə millət vəkili qeyd edib.
Aqşin Kərimov
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyan Ermənistanın vilayət qubernatorlarının səlahiyyətlərini azaldır
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı ildə hazır olacaq