Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Deputatlığa namizəd Ülvi Quliyev seçicilərlə görüşüb
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkisinin təbliğat-təşviqat mərhələsi çərçivəsində 15 saylı Yasamal I seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Ülvi Quliyevin komandası seçicilərlə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Ülvi Quliyev rəsmi "Facebook" səhifəsində paylaşım edib:
"Bu gün seçki qərargahında komanda üzvlərimizlə qarşıdakı günlərdə görüləcək işləri bir daha müzakirə etdik. Qərara gəldik ki, təbliğat-təşviqat materiallarını daha çox seçiciyə çatdırmaq üçün fəaliyyətimizi avqustun 31-dək intensiv şəkildə davam etdirək. Komandamızın üzvlərinə, dostlara səmimi iştiraklarına görə təşəkkür edirəm".